Aİ İsraili hərbi əməliyyatları dayandırmağa çağırır

19.03.2025

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı (Aİ) İsrailin Qəzzada atəşkəs rejimini pozmasını pisləyir və Təl-Əvivi hərbi əməliyyatları dayandırmağa çağırır.

525.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın bəyanatında deyilir.

“Aİ Qəzza zolağında atəşkəs rejiminin pozulmasını və İsrailin hava hücumları nəticəsində uşaqların, o cümlədən mülki şəxslərin həlak olmasını pisləyir. Aİ İsraili hərbi əməliyyatları dayandırmağa və HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.

Kaya Kallas həmçinin vurğulayıb ki, Avropa İttifaqı İsraili təmkin nümayiş etdirməyə və humanitar yardımın və elektrik enerjisinin Qəzza zolağına maneəsiz daxil olmasını bərpa etməyə çağırır.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью