Aİ İsraili Qəzzada mülki əhalini qorumağa çağırıb

18.08.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Komissiyası İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin gün ərzində 30-40 mülki şəxsin öldürülməsi ilə bağlı çağırışından sonra rəsmi Təl-Əvizi beynəlxalq humanitar hüquq normalarına əməl etməyə və Qəzza sakinlərini qorumağa çağırıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüssel də keçirilən brifinqdə bildirib.

AK rəsmisi xatırladıb ki, Avropa Komissiyası hələ iki ay əvvəl Ben-Qvirə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı Aİ Şurasına təklif təqdim edib və sözügedən məsələ hazırda baxılma mərhələsindədir.

Qeyd edək ki, Aİ Şurası iyunun 16-da keçirilən xarici işlər nazirlərinin iclasında İsrailə, o cümlədən Ben-Qvirə qarşı sanksiyaların tətbiqini müzakirə etsə də, konsensus əldə edə bilməyib.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью