Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa Komissiyası (AK) iki illik araşdırmadan sonra yüksək vəzifəli məmur Henrik Hololeyi qaydaları pozduğuna və "Qatar Airways" aviaşirkətindən bahalı hədiyyələr götürdüyünə görə təqsirli bilinərək işdən azad edib.
Moderator.az xəbər verir ki, Brüsseldə keçirilən mətbuat konfransında AK-nın vitse-prezidenti Henna Varkkunen adını çəkmədən işdən azad olunma faktını açıqlayıb.
"AK yüksək vəzifəli məmura qarşı intizam prosedurunu başa çatdırıb", - Virkkunen deyib.
Sonradan AK-də qeyri-rəsmi olaraq təfərrüatlar paylaşılıb, bildirilib ki, işdən azad olunma onun AK-nin nəqliyyat baş direktoru vəzifəsində çalışdığı dövrdə qaydaları pozduğu müəyyən edildikdən sonra baş verib.
Hololey bu vəzifəni 2023-cü ilin martında tərk edib, lakin məsləhətçi kimi komissiyada işini davam etdirib.
Qalmaqal "Libération" qəzetində məmurun "Qatar Airways" ilə iri aviasiya sazişi haqqında məxfi məlumatları hədiyyələr müqabilində mübadilə etməsi barədə çıxan məqalədən sonra başlayıb.
O zaman Estoniyanın Aİ-dəki yüksək səviyyəli nümayəndəsi bütün ailəsi ilə birgə Qətər tərəfindən maliyyələşdirilən uzaq aviauçuşlardan istifadə edirdi.