Aİ liderləri Davosda diqqət mərkəzini Ukraynadan Qrenlandiyaya keçirəcək FT | Icma.az
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ prezidenti Donald Tramp və onun nümayəndələri ilə görüşəcək Aİ liderləri və nümayəndə heyətləri diqqət mərkəzini Ukraynadan Qrenlandiyaya keçirməyə hazırlaşırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.
Nəşr qeyd edir ki, Avropa liderləri ilkin olaraq Davosda ABŞ prezidenti Donald Trampı müharibədən sonrakı Ukrayna üçün təhlükəsizlik zəmanəti verməyə razı salmağa çalışmağı planlaşdırırdılar.
Lakin nəşr vurğulayır ki, Trampın Qrenlandiyaya sahib olmaq istəyi ətrafında yaranan fırtına ikitərəfli mübahisədən NATO üçün son onilliklərin ən ciddi təhlükəsinə çevrilib.
Avropalı diplomat bildirib ki, Davosda Tramp və ABŞ rəsmiləri ilə görüşməli olan Aİ liderləri və onların nümayəndə heyətləri "öz qeydlərini cırırlar".
Mənbənin sözlərinə görə, onlar bu qeydləri "qamçı və kökə" taktikası ilə, yəni Brüsselin Trampın rüsumlarına necə cavab verə biləcəyi və eyni zamanda deeskalasiya təklifləri ilə əvəz edirlər.
"Bu adamla (Tramp red.) necə danışıqlar masasına oturub onun Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək olar?
Tam oxu
Xəbəri oxu