Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidentinin Qrenlandiyanı cəza tarifləri tətbiq edərək müsadirə etməklə hədələməsi ilə Transatlantik alyansı dağılmaq həddinə çatdırmasından sonra Avropa İrrifaqı liderləri Donald Trampdan hörmət tələb ediblər.
Çərşənbə günü Tramp NATO-nun baş katibi Mark Ruttenin vasitəçiliyi ilə uzunmüddətli Arktika təhlükəsizlik sazişini əsas tuttaraq, qəfildən geri çəkilib.
Avropa İttifaqı Şurasının prezidenti António Kosta cümə axşamı Brüsseldə keçirilən fövqəladə sammitdən sonra bildirib ki, “Biz inanırıq ki, tərəfdaşlar və müttəfiqlər arasında münasibətlər səmimi və hörmət əsasında qurulmalıdır”.
“Avropa İttifaqı öz maraqlarını müdafiə etməyə və özünü, üzv dövlətlərini, vətəndaşlarını və şirkətlərini hər hansı bir məcburiyyət formasından qorumağa davam edəcək. Bunun üçün gücü və vasitələri var”, - deyə o qeyd edib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen isə bildirib ki, blok Trampın ərazi iddialarına “möhkəm dayanmaqla, gərginləşməməklə və ən əsası, daha çox bir olmaqla uğurla” cavab verib.
P.ƏMİRCANOV
XQ