Aİ missiyası yenə Azərbaycanla sərhəddə VİDEO

17.03.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən müşahidə missiyasının Laçın və Zəngilan istiqamətlərində fəaliyyətinin yeni görüntüləri yayılıb.

Bakupost.az -ın “Report”a istinadən məlumatına görə, görüntülərdən Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanının sərhədə doğru irəlilədiyi aydın olur.

Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.

Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью