Icma.az, Bizim media portalına istinadən məlumat yayır. Avropa İttifaqının Ermənistandakı missiyasının başa çatmasına 1 aydan bir qədər artı
Hələlik mandatın uzadılması ilə bağlı hər hansı bir qərar yoxdur. Lakin bu barədə müəyyən fikirlər səslənir.
Belə ki, baş nazir Paşinyan bu günlərdə Azərbaycanla delimitasiya prosesinin başa çatdığı ərazilərdə Aİ missiyasının olmasına ehtiyac olmadığını bəyan edib.Erməni mətbuatının yazdığına görə, həmin missiya müddət bitəndən sonra artıq sərhəddə deyil, ərazidən kənarda yerləşən şəhərlərdə yerləşəcək.
Onlara məlumatı isə sərhəddəki yerli qurumlar ötürəcəklər.Qeyd edək ki, 2022-ci ilin dekabrından formalaşdırılmasına start verilmiş bu missiya faktiki olaraq regionda gərginlik yaradır.
2023-cü ilin yanvarından fəaliyyətə başlayan mülki missiya üzvlərinin sayı hazırda 209-a yüksəldilib.
Ermənistanla Aİ- arasında yekun razılığa əsasən, onların fəaliyyətinə gələn ilin fevralında son qoyulmalıdır.
Nəhayət Aİ missiyasının fəaliyyətinə son qoyulacaq?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Aİ-nin, o cümlədən İrəvanın özünün Ermənistandakı müşahidə missiyasının fəaliyyətinə son qoymaq niyyəti hiss olunmur:“Avropa Birliyinin Ermənistandakı mülki nümayəndə heyəti 2023-cü ilin fevralın 20-dən fəaliyyət göstərir.
Ermənistan Azərbaycanla sülh müqaviləsinin hələ imzalanmadığı və buna görə də tərəflər arasındakı nisbi sərhədlərdə stabilliyin tez-tez pozulduğunu iddia edərək Azərbaycanla həmsərhəd bölgələrdə Aİ tərəfindən monitorinqin aparılması məqsədilə quruma müraciət edib.Azərbaycanla həmsərhəd bölgədə Aİ-nin nümayəndə heyəti rəsmi Bakı ilə razılaşdırılmış şəkildə monitorinq aparmağa məsul olduğu halda, ilk gündən bu razılığın şərtləri qurumun mandat adı altında fəaliyyət göstərənləri tərəfindən pozulub.Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistana ünvanladığı tələblər sırasında Aİ-nin mülki nümayəndə heyətinin sərhədlərimiz yaxınlığında fəaliyyətinə son qoyulması, ümumiyyətlə onun missiyasının ləğvi tələbləri də var.