Aİ mübahisə edir, London va bank gedir: Britaniya rus aktivlərini Kiyevə verməyə hazırdır …
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Kir Starmer hökuməti Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən 8 milyard funt sterlinqi (9,2 milyard avro) Kiyevə verməyə hazırdır.
Nazirlər xəbərdarlıq edirlər ki, Vladimir Putin Böyük Britaniya vətəndaşları, ölkənin təhlükəsizliyi və rifahı üçün bir təhdiddir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” yazır. Bu qərar rəsmi araşdırmanın nəticələrinin elan olunmasından sonra qəbul edilib.
Araşdırma müəyyən edib ki, Putin Sergey Skripalın Britaniya ərazisində öldürülməsi üçün şəxsən göstəriş verib və bunun "Rusiyanın gücünün beynəlxalq nümayişi” kimi nəzərdə tutulduğunu bildirib.
Keçmiş rusiyalı casus Skripal və onun qızı Yuliya Solsberidə hərbi sinfə aid sinir-paralitik maddə ilə zəhərlənmişdi.
Həmin hücum nəticəsində bir nəfər həlak olmuşdu, halbuki minlərlə insanın ölümü mümkün idi.
3 dekabrda Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü zamanı Britaniyada dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsi planları, vəsaitlərin açılması üzrə danışıqlar çərçivəsində müzakirə olunub.
Tam oxu
Xəbəri oxu