Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas NATO-nun Baş katibi Mark Ruttenin Avropanın hazırda ABŞ-ın dəstəyi olmadan özünü müdafiə edə bilməməsi fikri ilə razıdır.
APA xəbər verir ki, Kallas bu açıqlamanı Norveçə səfəri zamanı Osloda keçirilən mətbuat konfransında verib.
Onun sözlərinə görə, Aİ müdafiə sahəsində investisiyaları artırmaqla bu problemi aradan qaldırmağa çalışır.
“Bəli, hazırda vəziyyət belədir. Amma Aİ bunun üzərində işləyir və müdafiə sahəsinə yatırımları artırır”, – Kallas vurğulayıb.
Xatırladaq ki, Mark Rutte Davosda avropalıları ABŞ-a arxalanmadan Avropanın müdafiəsinin mümkün olduğu barədə “xəyallardan əl çəkməyə” çağırıb.