Aİ müharibə ittifaqına çevrilib, Rusiya ilə danışa bilməz

27.11.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil, çünki o, artıq "müharibə ittifaqı"na çevrilib.

Redaktor.az xəbər verir ki, Finlandiyanın "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema ABŞ-nin xüsusi elçisi Cared Kuşnerin Aİ-ni Ukrayna münaqişəsinin nizamlanması prosesinə cəlb etmək təşəbbüsünü "X" sosial şəbəkə platformasında bu cür şərh edib.

Siyasətçi Brüsselin hazırkı siyasətinin sülh danışıqları prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirib:

"Aİ bir tərəfdən rus kimliyini insanlıqdan məhrum etmək kampaniyası aparıb, digər tərəfdən Rusiya ilə danışıqlar aparmaq istədiyini iddia edə bilməz. İstənilən danışıqların əsas prinsipi qarşı tərəfə və onun milli mədəniyyətinə hörmət tələb edir. Biz sülhdən uzağıq, çünki Aİ müharibə aparan bir ittifaqa çevrilib".

A.Mema həmçinin qeyd edib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sülhün əldə olunmasında maraqlı deyil. Onun sözlərinə görə, Komissiya rəhbərinin Rusiyaya qarşı yeni sanksiyalar paketini irəli sürməsi və Ukraynaya hərbi dəstəyi davam etdirməsi bunu açıq şəkildə göstərir.

Xatırladaq ki, Avropa Komissiyasının baş sözçüsü Paula Pinyo bir müddət əvvəl Aİ-nin Moskvaya nümayəndə heyəti göndərmək barədə dəvət aldığını, lakin Rusiya ilə ikitərəfli məsləhətləşmələrə hazır olmadığını və yalnız çoxtərəfli formatda danışıqlara üstünlük verdiyini açıqlamışdı. Onun sözlərinə görə, Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr yalnız atəşkəs əldə olunduqdan sonra, NATO və Aİ ölkələrinin iştirakı ilə başlaya bilər.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью