“Aİ Müşahidə Missiyasının Ermənistanda yerləşdirilməsi mümkün eskalasiya riskinin qarşısını aldı”

25.02.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

“Avropa İttifaqının (Aİ) Müşahidə Missiyasının Ermənistanda yerləşdirilməsi sərhəd insidentlərinin sayını xeyli azaldıb və və mümkün eskalasiya riskinin qarşısını aldı”.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanda keçirilən Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 4-cü iclasında çıxışı zamanı deyib.   

Simonyan Aİ-nin Ermənistanda islahatlara yönəlmiş əhəmiyyətli maliyyə dəstəyinə və bir sıra mühüm təşəbbüslərə görə minnətdarlığını bildirib.

“Bütün bunlar getdikcə daha da yaxınlaşan və yeni gündəm müəyyən edən Ermənistan-Aİ əməkdaşlığı çərçivəsində baş verir”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью