Aİ müşahidəçiləri daha 2 il Azərbaycanla sərhəddə qalacaq

29.01.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Avropa İttifaqı ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı qərarı Brüsseldə təsdiqləyiblər. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qərara əsasən avropalı müşahidəçilər Ermənistanın sərhədyanı rayonlarında daha iki il - 2027-ci il fevralın 19-dək qalacaqlar.

Müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni işçi.

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью