Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri növbəti dəfə Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə aparıblar.
Globalinfo.az xəbər verir ki, Aİ müşahidəçilər aprelin 15-də Qazax rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.
Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.