Aİ müşahidəçiləri yenidən sərhəddə gəldi

31.01.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanın Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək, müşahidə aparıblar.

Gununsesi.info xəbər verir ki, bir neçə maşında gələn avropalı müşahidəçilər bu dəfə də binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.

Müşahidə Missiyasının hərəkətləri Azərbaycan sərhədçilərinin nəzarətindən yayınmayıb.

Azərbaycan sərhədçiləri onların həm avtomobil, həm də piyada hərəkətlərini müşahidə altında saxlayıblar.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il – 19 fevral 2027-ci ilədək uzadıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью