Aİ nin 2028 2034 cü illər büdcəsində müdafiə xərcləri 232 faiz artırıla bilər

21.11.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Aİ-nin 2028–2034-cü illər üzrə uzunmüddətli büdcəsinə dair yeni təklifini təqdim edib. Layihədə müdafiənin maliyyələşdirilməsinin 232 faiz, rəqabətqabiliyyətliliyin 120 faiz artırılması, sərhəd nəzarəti və miqrasiya idarəçiliyinə ayrılan vəsaitin isə iki dəfə çoxaldılması nəzərdə tutulur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Koştanın sözlərinə görə, büdcə layihəsinin bu versiyası Aİ-nin “ambisiyalarına uyğundur”.

Eyni zamanda, ümumi büdcə Avropa Komissiyasının ilkin təklifindən 10 faiz (204 milyard avro) azaldılıb, regional inkişaf xərcləri isə 8 milyard avro kiçildilib. Koşta bildirib ki, bu addım milli ödənişləri məqbul səviyyədə saxlamağa imkan verəcək, lakin Şərqi və Cənubi Avropanın bir sıra ölkələrinin narazılığına səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью