“Aİ nin addımı eskalasiya riskini artırır”

07.07.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa İttifaqının Ukraynaya pilotsuz uçuş aparatlarının istehsalı üçün maliyyə yardımı ayırması müharibənin gedişinə təsirsiz ötüşməyəcək”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Şakir Ağayev deyib.

Onun sözlərinə görə, belə bir qərar münaqişənin daha da eskalasiyasına səbəb ola bilər:

“Ukrayna tərəfi daha çox pilotsuz uçuş aparatları əldə edəcək və bunun hesabına Rusiyanın daxili ərazilərinə daha güclü zərbələr endirmək imkanına malik olacaq. Buna cavab olaraq Rusiya da Ukraynaya qarşı daha intensiv hücumlar həyata keçirəcək. Nəticədə müharibənin eskalasiyası daha da güclənəcək.
Avropa bu addımı ilə Ukraynaya dəstək versə də, əsas məqsədlərdən biri Rusiyanı zəiflətməkdir.
Avropa Ukraynanın əli ilə Rusiyanı zəiflətmək istəyir. Ukrayna faktiki olaraq bu qarşıdurmada döyüş meydanına çevrilib və Avropanın təhlükəsizlik siyasətinin mühüm alətlərindən biri kimi çıxış edir”.

Politoloq hesab edir ki, müharibənin davam etməsi nə Ukraynanın, nə də dünyanın təhlükəsizliyinə xidmət edir:
“Müharibə nə qədər uzanarsa və şiddətlənərsə, qlobal təhlükəsizlik üçün risklər də bir o qədər artacaq. Ona görə də bu prosesin Avropanın təhlükəsizliyinə tam təminat yaradacağını düşünmürəm. Əksinə, eskalasiyanın güclənməsi gələcəkdə daha genişmiqyaslı müharibə riskini artıran amillərdən biri ola bilər”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью