Aİ nin Azərbaycandakı nümayəndəsi Azərbaycanı təbrik ETDİ

23.05.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko 2028-ci ildə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi edəcəyinə görə Azərbaycanı təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“2028-ci ildə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi edəcək Azərbaycanı təbrik edirik!”, – o yazıb.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Avropa Siyasi Birliyi sammitinin Azərbaycanda keçiriləcəyini bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью