Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya K
Qaynarinfo xəbər verir ki, Kallas bu barədə X (Twitter) hesabında açıqlama yayıb.
O, Aİ adından azadlıq və demokratiya uğrunda mübarizə aparan Gürcüstan cəmiyyəti ilə həmrəyliyini ifadə edib.
"Tiflisdə bu axşam dinc etirazçılara, jurnalistlərə və siyasətçilərə qarşı sərt hərəkətlər qəbuledilməzdir.
Gürcüstan hazırda Aİ-yə namizəd ölkə kimi gözləntilərə qətiyyən cavab vermir", – deyə Kallas bildirib.
Bazar günü axşam saatlarında Tiflisdə 30-dan çox insan, o cümlədən bəzi müxalifət liderləri saxlanılıb.
Onlardan biri – Nika Meliya sonradan sərbəst buraxılıb. Mətbuata saxlanılan şəxslərin qəddar şəkildə döyülməsini əks etdirən görüntülər yayı
Xatırladaq ki, ötən həftə Avropa İttifaqı Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi dayandırıb.