Aİ nin fövqəladə sammitinə gələn Zelenski: Artıq özümüzü tərk edilmiş hiss etmirik

06.03.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə bağlı təcili danışıqlar aparmaq üçün Brüsseldə keçirilən Avropa İttifaqının fövqəladə sammitinə gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Sammitdən əvvəl mətbuata qısa açıqlama verən Ukrayna prezidenti qeyd edib ki, Avropanın özünü silahlandırmaq istiqamətində atdığı addımları görmək onun məmnun edir.

V.Zelenski vurğulayıb ki, Avropa ukraynalılara güclü siqnal göndərib və indi onlar özlərini tərk edilmiş hiss etmirlər.

Xatırladaq ki, bu gün - martın 6-da Aİ-nin 27 ölkəsinin liderləri fövqəladə sammitdə Avropa İttifaqının yenidən silahlanması planını müzakirə etməyi planlaşdırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью