Aİ nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var

29.10.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Bosniya və Herseqovinada Avropa İttifaqının hərbi kontingentinə (EUFOR) məxsus helikopter qəzaya uğrayıb.

"Klix” portalının məlumatına görə, hadisə Brçko şəhəri yaxınlığında baş verib.

Qəza nəticəsində 3 nəfər həyatını itirib.

Bildirilib ki, hadisə zamanı mülki şəxslər xəsarət almayıb, infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Ərazi mühasirəyə alınıb.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.

///apa.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью