Aİ nin hərbiləşdirilməsi üzrə yol xəritəsi təqdim ediləcək

14.10.2025

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Avropa Komissiyası 16 oktyabrda Avropa İttifaqının hərbiləşdirilməsi proqramı üzrə yol xəritəsini təsdiqləyəcək və təqdim edəcək". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu deyib.

O bildirib ki, Avropa Komissiyasının cümə axşamı Aİ-nin hərbi hazırlığının artırılması ilə bağlı yol xəritəsini təsdiqləyəcəyi və həmin gün Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas və müdafiə məsələləri üzrə Avrokomissar Andryus Kubilyusun iştirakı ilə mətbuat konfransında təqdim ediləcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью