Aİ nin müşahidəçiləri Azərbaycan sərhəddində çəkiliş apardı

01.02.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Fevralın 1-i saat 11:47-də Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə üzərində Avropa İttifaqının bayrağının olduğu 2 ədəd Cip və 1 ədəd sedan tipli avtomobildə 3-ü hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 7 nəfər şəxsin gələrək ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.

Missiya nümayəndələri saat 13:22-də ərazini tərk edərək geri qayıtmışlar.

Avropa İttifaqı nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью