Aİ nin NATO nun nüvə çətirində iştirakını gücləndirməyə çağırış edilib

01.02.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger Avropanın NATO-nun nüvə çəkindirmə sistemində daha fəal iştirakının vacibliyini vurğulayıb və Almaniyanın bu məsələdə xüsusi rol oynaya biləcəyini qeyd edib.

APA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

İşinger bildirib ki, indiyədək əsasən ABŞ-ın üzərində dayanan Şimali Atlantika Alyansının nüvə çətirinə Fransa və Böyük Britaniya əvvəlkindən qat-qat böyük töhfə verə bilər. “Əgər belə bir addım atılsa, bu, ruslar, amerikalılar və çinlilər üçün Avropanın özünü təsdiqi barədə bir siqnal olar”, – deyə o bildirib.

Eyni zamanda Münhen Təhlükəsizlik Konfransının sədri Almaniyanın keçmiş kanslerləri Angela Merkel və Olaf Şoltsu tənqid edib. “Şəxsən mən başa düşmürəm ki, niyə kansler Merkel və ya kansler Şolts öz müşavirlərini və ya Bundesverin baş müfəttişini Parisə göndərməyib və deməyib ki, zəhmət olmasa, fransızların təklif etdiklərini ciddi şəkildə araşdırın”, – deyə İşinger vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью