Aİ nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb

22.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 22 sentyabr, AZƏRTAC

Cari ilin ikinci rübündə Avropa İttifaqının (Aİ) neft idxalının dəyəri ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 55,8 faiz artıb. Bununla belə, idxalın həcmi əsasən sabit qalaraq 36,7 milyon ton təşkil edib ki, bu da cəmi 1,2 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Eurostat”ın məlumatında bildirilib.

İlin ikinci rübündə Aİ-yə mayeləşdirilmiş təbii qaz (LNG) idxalının dəyəri 4,1 faiz artsa da, həcmi 5,6 faiz azalıb. Təbii qaz idxalında isə həm dəyər, həm də həcm artımı qeydə alınıb. Belə ki, idxalın dəyəri 18,5 faiz, həcmi isə 3,4 faiz artıb.

İkinci rübdə Aİ-nin əsas neft tədarükçüləri ABŞ (18,8 faiz), Norveç (14,3 faiz) və Qazaxıstan (13,4 faiz) olub. LNG idxalında ABŞ 63,2 faizlik payla üstünlük təşkil edib. Təbii qazın əsas tədarükçüsü isə 51,2 faizlə Norveç olub. Sonrakı yerlərdə Əlcəzair (18,2 faiz) və Böyük Britaniya (11,1 faiz) qərarlaşıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью