Aİ nin polad istehsalı tarixi minimuma düşdü

01.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Enerji qiymətlərinin kəskin artması, ABŞ tarifləri və Çindən gələn böyük polad tədarükünün təsiri səbəbindən Avropa İttifaqında polad istehsalı 20% azalıb.

Bakıvaxtı.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə Avropa polad istehsalçıları assosiasiyası "Eurofer"in rəhbəri Aksel Eqqert bildirib. 

Onun fikrincə, sənaye 2015-ci ildə təxminən 155 milyon ton təşkil edən əvvəlki həcmlərinə qayıtmayacaq.

Dünya Polad Assosiasiyasının məlumatına görə, Aİ Çin, Yaponiya və Koreya Respublikasından sonra dördüncü ən böyük polad ixracatçısı regiondur, eyni zamanda ən böyük idxalçıdır. Lakin blokun xam polad istehsalı 2025-ci ildə 3%, bu ilin ilk 5 ayında isə daha 1% azalıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, Avropada yüksək istehsal xərcləri təhlükəlidir. Çünki bu, avtomobil istehsalçıları kimi müştərilərin polad məhsullarını xaricə satması üçün ciddi çətinlik yaradır.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью