525.az saytına istinadən Icma.az xəbər verir.
“Avropa İttifaqının problemləri getdikcə artır. Mən Vişeqrad qrupundakı həmkarlarıma məktub göndərdim və orada əsas problemlərindən bəhs etdim”.
525.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Vışeqrad qrupunun (Slovakiya, Macarıstan, Polşa və Çexiya) Aİ-yə sədrlik edən İrlandiyanın iştirakı ilə keçiriləcək sammitinə yola düşməzdən əvvəl bildirib.
O bildirib ki, təşkilatda problemlər getdikcə daha da artır.
“Biz elə bir dövrdə yaşayırıq ki, hamı müharibədən danışır, Avropanın avtomobil zavodları avtomobil istehsalını dayandırır. Yəqin ki, tank istehsal edəcəklər. Həqiqətən də, Rusiyanın Baltikyanı ölkələrdən birinə hücum etməsi riski mövcuddur. Doğrudan da, hazırda çox mürəkkəb bir dövrdür. Bütün bunlar, əlbəttə, Avropanın rəqabət qabiliyyətinə mənfi təsir göstərir və bu qabiliyyət durmadan zəifləyir”, – Babiş deyib.
O, həmçinin 2025-ci ildə Aİ-də yaradılmış emissiyaların ticarəti sistemini yenidən tənqid edib: “Əgər Avropa həqiqətən sənayeyə kömək etmək istəsəydi, bu sistem ləğv edilərdi”.
Baş nazir avtomobil yanacağının qiymətlərinin artmasından da narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu, Avropa üçün yeni problemə çevrilib.
Pərvanə Sultanova