Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı 22-ci sanksiyanı elan edib. Onun sözlərinə görə, bu, 2022-ci ildən bəri ən böyük sanksiya paketi olacaq.
Bu barədə "Die Welt" məlumat yayıb. Məlumata görə, yeni paketin qəbul edilməsi Aİ sanksiyalarına məruz qalan Rusiyanın fiziki və hüquqi şəxslərinin sayını təxminən üçdə bir qədər artıracaq. K.Kallas bildirib ki, Brüssel bu payız Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq niyyətindədir.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını açıqlamış, məhdudiyyətlərin hərbi-sənaye və maliyyə sektorlarına, eləcə də vasitəçilərə təsir edəcəyini bildirmişdi.
XQ