Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Mathernova Rusiyanın kütləvi hücumu zamanı gecəni necə keçirdiyini sosial şəbəkə hesabında paylaşıb.
KONKRET.az xəbər verir ki o, paylaşımında bildirib:
“Bu gecə yenə hamamda yatdım. Və bu, çox səs-küylü bir gecə idi”, – deyə səfir qeyd edib.
Xatırladaq ki, fevralın 3-nə keçən gecə Rusiya Ukraynaya qarşı ilin əvvəlindən bəri energetika obyektlərinə yönəlmiş ən güclü hücumu həyata keçirib. Hücum nəticəsində bir sıra bölgələrdə elektrik enerjisi ilə bağlı ciddi problemlər yaranıb.
Hadisə beynəlxalq ictimaiyyət tərəfindən də narahatlıqla qarşılanıb və Ukraynadakı təhlükəsizlik vəziyyətinin hələ də gərgin olaraq qaldığını göstərib.
Natiq Səlim,
KONKRET.az