Aİ nin Ukraynaya yeni yardımı 20 milyard avronu keçə bilər

24.02.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Bu gün Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə Ukraynaya 20 milyard avrodan çox yardım paketi təqdim etməyi müzakirə edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, Avropa liderləri Ukraynaya “sülhməramlı qüvvə” kimi qoşun göndərməyi, həmçinin ümumilikdə hərbi xərclərin artırılmasını müzakirə edəcəyi gözlənilir.

Daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştin 20 milyard avroluq büdcə təklifinə qarşı olduğunu bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью