Aİ nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək

11.09.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfərindən sonra Ermənistana yollanmağı planlaşdırır.

Bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Trend-ə açıqlamasında deyib.

O bildirib ki, Aİ uzun müddətdir region ölkələrinin tərəfdaşıdır və Azərbaycanla Ermənistan rəhbərliklərinin irəli apardığı sülh prosesini dəstəkləməyə çalışır.

"Aİ uzun müddətdir region ölkələrinin tərəfdaşıdır və hər iki ölkənin rəhbərliyinin irəli apardığı sülh dinamikasını dəstəkləməyə çalışıb. Əlbəttə, biz bu fəaliyyətləri davam etdirməyə ümid edirik.

Bu fəaliyyətlər müxtəlif məsələləri, o cümlədən bağlantıları əhatə edir. Bağlantı, əlbəttə ki, siyasi baxımdan Aİ üçün əsas diqqət istiqamətlərindən biridir. Bununla yanaşı, icmalar üçün imkanların inkişaf etdirilməsinə dəstək göstərilməsi də fəaliyyətlərimiz sırasındadır", - Maqdalena Qrono bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью