Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin ölkənin işğaldan azad edilmiş ərazilərinə - Qarabağ və Şərqi Zəngəzura səfərində iştirak edir.
Modern.az "Report"a istinadən xəbər verir ki, M.Qrono ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.