Aİ nin yenidən silahlanma proqramından bir neçə milyard avro Ukraynaya göndəriləcək

01.12.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqının SAFE yenidən silahlanma proqramı çərçivəsində Ukraynaya yardım üçün bir neçə milyard avronun ayrılması planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Tomas Reynyer "RİA Novosti"yə açıqlamasında bildirib.

Reyner bildirib ki, hazırda 15 milli plan Ukraynaya dəstəyi nəzərdə tutur:

"Mən dəqiq rəqəm deyə bilmərəm, amma söhbət milyonlardan yox, milyardlardan gedir."

Bundan əvvəl, noyabrın 11-də xəbər verilmişdi ki, Böyük Britaniya hökuməti Aİ-nin müdafiə fonduna 6,75 milyard avro köçürmə tələbini əsassız hesab edib və bu vəsaitləri ödəmək niyyətində olmadığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью