Aİ nümayəndələri Ermənistan tərəfdən sərhədlərimizi izləyib VİDEO

25.01.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Yanvarın 25-i günorta saatlarında Ermənistanın Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə üzərində Avropa İttifaqının bayrağının olduğu 1 ədəd Pikap tipli və 1 ədəd “Toyota Land Cruiser LX” markalı avtomobillərin gəlməsi müşahidə edilib. 


Sfera.az-ın məlumatına görə, Avropa İttifaqının nümayəndələri tərəfindən binokl vasitəsilə əraziyə baxış keçirilib, sərhədlərimiz istiqamətində foto və videoçəkiliş aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью