Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqına üzv ölkələr 2028–2034-cü illər üçün nəzərdə tutulan büdcənin həcmi və maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilməyiblər.
Redaktor.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, tərəflər ümumi büdcənin həcmi, kənd təsərrüfatının maliyyələşdirilməsi və yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi məsələlərində ortaq mövqeyə gələ bilməyiblər.
Aİ-yə üzv ölkələrin bir qismi büdcənin artırılmasını tələb etdiyi halda, digərləri onun azaldılmasını istəyib. Daha varlı ölkələr büdcənin azaldılmasını dəstəkləyiblər.
İsveçin Baş naziri Ulf Kristersson isə ölkəsinin Avropa İttifaqı üçün bankomat rolunu oynamaq istəmədiyini bildirib.
Aytəkin TOFİQQIZI