Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beş Avropa İttifaqı ölkəsi - Avstriya, Almaniya, Yunanıstan, Danimarka və Niderland sığınacaq müraciətləri rədd edilmiş şəxslərin yerləşdirilməsi üçün Ruandada mərkəz yaradılması barədə razılığa gəlməyə yaxındır.
“Cebheinfo.az" xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, razılaşma noyabrın ortalarında Vyanada keçiriləcək miqrasiya konfransı çərçivəsində elan oluna bilər.
Mənbələrin bildirdiyinə görə, büdcə məhdudiyyətləri səbəbindən Aİ ölkələri mövcud infrastrukturdan, o cümlədən Böyük Britaniyanın 2022-ci ildə başlatdığı, lakin sonradan ləğv etdiyi miqrasiya proqramı üçün tikilmiş obyektlərdən istifadə etməyi nəzərdən keçirirlər.
“Bu məsələnin vacibliyini heç kim şübhə altına almır, lakin resurslar məhduddur. Yeni obyektlərin tikilməsi mümkün deyil”, – deyə mənbə qeyd edib. Digər mənbə də Britaniya vəsaiti hesabına inşa edilmiş infrastrukturdan istifadə imkanını təsdiqləyib.
Üçüncü mənbənin sözlərinə görə, Avropa tərəfi ilkin olaraq Böyük Britaniya üçün tikilmiş kompleksi ciddi şəkildə nəzərdən keçirir.
Daha əvvəl Yunanıstanın miqrasiya və sığınacaq naziri Tanos Plevris “Politico”ya açıqlamasında ölkəsinin və bir sıra digər Aİ dövlətlərinin 2027-ci ilin birinci yarısında sığınacaq müraciətləri rədd edilmiş şəxslərin üçüncü ölkələrə qaytarılması ilə bağlı pilot layihəyə başlayacağını bildirmişdi.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin