Aİ ölkələri Ukraynaya 124 milyard avro xərcləyiblər

26.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Avropa İttifaqı (Aİ) və onun üzvü olan ölkələr Ukraynanı dəstəkləmək üçün artıq 124 milyard avro xərcləyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Avropa komissarı Didye Reynders deyib.

O bildirib ki, bu rəqəm kifayət deyil və avropalılar Kiyevə yardımı artırmalıdır. 

Didye Reynders, həmçinin daha əvvəl açıqlanan rəqəmləri sadalayıb.

O deyib ki, Aİ Kiyevə 1 milyon mərmi tədarük etmək vədini səkkiz ay gec də olsa yerinə yetirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью