Aİ ölkələrində doğum səviyyəsi aşağıdır SƏBƏB

25.12.2024

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

12 Avropa İttifaqı ölkəsində Ukrayna münaqişəsi səbəbindən doğum səviyyəsi son dərəcə aşağıdır.

Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazır.

Analoji problemin Almaniyada da yaşandığı bildirilir.

Belə ki, 2023-cü ildə Almaniyada doğuş nisbəti qadın başına 1,35 uşağa düşüb ki, bu da BMT-nin "ultra aşağı" həddi olan 1,4 səviyyəsindən aşağıdır.

Məlumata görə, Estoniya və Avstriya, eləcə də İspaniya, Yunanıstan və İtaliyanın göstəriciləri müəyyən edilmiş həddən aşağı düşüb. Avropalılar inflyasiya, işlərini itirmək qorxusu və Rusiya-Ukrayna münaqişəsindən narahat olduqları üçün uşaq sahibi olmaqdan imtina edirlər.

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью