Aİ ölkələrində yeraltı anbarlarda qazın həcmi 40% dən aşağı enib

04.02.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 40%-dən aşağı enib.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi təqribən 39,86% təşkil edir (ötən ilin müvafiq dövründə 52,6% olub – red.), bu da son beş ilin orta göstəricisindən 16,2 faiz bəndi azdır.

Bildirilib ki, hazırda Aİ ölkələrinin anbarlarında qazın ümumi həcmi 44 mlrd. kubmetrə yaxın səviyyədədir.

Qeyd edək ki, ümumilikdə istilik mövsümündə, ötən oktyabrın 13-dən bəri Avropa ölkələri anbarlardan təxminən 52,5 mlrd. kubmetrə yaxın qaz çıxarıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью