Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 15ci sanksiya paketi ilə bağlı siyasi razılıq əldə ediblər

11.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 15-ci sanksiya paketi ilə bağlı siyasi razılıq əldə ediblər.

"Report" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” hesabında paylaşım edib.

O, Aİ səfirlərinin bu addımını alqışlayıb və artıq növbəti sanksiya paketi üzərində işə başlandığını vurğulayıb:

"Biz artıq növbəti paket üzərində işləyirik və Rusiya mesajımızı alana qədər davam edəcəyik".

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью