Aİ ölkələrinin XİN başçıları Rusiyaya qarşı 19 cu sanksiya paketinə qayıdacaqlar

30.08.2025

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı 19-cu sanksiya paketi ilə bağlı praktiki qərarlar qəbul etməyiblər, müzakirələr növbəti həftə davam edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Kopenhagendə qeyri-rəsmi görüşün yekunlarına Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Biz 19-cu sanksiya paketi ilə bağlı çox məzmunlu müzakirə apardıq, "kölgə donanması"na qarşı məhdudiyyətlər, Rusiya bank və enerji sektorlarına qarşı ikinci dərəcəli sanksiyalar, həmçinin ticarət tarifləri və digər məhdudiyyətlər müzakirə olundu. Növbəti həftə mən Aİ ölkələrinə yeni təkliflər təqdim edəcəyəm", - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью