Aİ PUA ordusu yaratmağı nəzərdən keçirməyə hazırdır

13.12.2024

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Üzv dövlətlər bunu tələb edərsə, Avropa İttifaqı "Aİ" pilotsuz təyyarələr ordusu yaratmağı nəzərdən keçirə bilər.

Bizimyol.info xəbər verir ki, Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius bu barədə RND-ə müsahibəsində bildirib.

“Biz NATO ilə sıx əməkdaşlıq etməliyik. Pilotsuz təyyarə ordusuna ehtiyacımız olub-olmaması ilə bağlı qərarı NATO verməlidir. Amma mən artıq görürəm ki, bir çox Aİ ölkələri dronların çox vacib olduğuna inanır. Üzv ölkələr bunu tələb edərsə, biz təklifi nəzərdən keçirəcəyik”, - deyə o bildirib.

Siyasətçi qeyd edib ki, PUA-lar bütün hərbi əməliyyatların gedişatını dəyişməyə qadirdir. "Ona görə də ordumuz təcili olaraq qabaqcıl pilotsuz təyyarələrin və elektron döyüş avadanlıqlarının istehsalını artırmalı olduğumuzu söylədikdə, bunu etməliyik", - deyə müdafiə üzrə komissar bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью