Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı (Aİ) qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq edən üçüncü ölkələr üçün vizaların asanlaşdırılması, vizasız səyahət rejimlərinə nəzarətin sərtləşdirilməsi və öhdəliklərini yerinə yetirən ölkələr üçün vizasız rejimin saxlanılmasını nəzərdə tutan yeni təklifini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti, Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə məsul üzv Henna Virkkunen və Daxili İşlər və Miqrasiya üzrə məsul üzv Maqnus Brunner bu məqsədlə birgə mətbuat konfransı keçiriblər.
Henna Virk+kunen bildirib ki, Aİ-nin viza siyasəti müasir reallıqları, əsas geosiyasi dəyişiklikləri, qlobal rəqabəti və artan təhlükəsizlik çağırışlarını əks etdirməlidir. Onun sözlərinə görə, Avropa İttifaqı öz dəyərlərinə sadiq qalmaqla yanaşı, maraqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə etməlidir.
Virkkunen qeyd edib ki, Aİ vizalardan daha strateji, əlaqələndirilmiş və qətiyyətli şəkildə istifadə etməyi hədəfləyir. Bu məqsədlə ilk dəfə olaraq əhatəli Aİ viza strategiyası təklif olunub.
Aytən Yaşar/ Turkustan.az