Aİ Qazax istiqamətinə gəldilər VİDEO

04.02.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.

"Ölkə.az" “Report”a istinadla xəbər verir ki, bu dəfə daha bir qrup Qazax rayonu istiqamətinə gəlib.

Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.

Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Azərbaycan tərəfi bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью