Aİ qısamüddətli səyahətlər üçün viza rejimini sərtləşdirdi

17.11.2025

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı üçüncü ölkələrlə vizasız gediş-gəliş qaydalarını sərtləşdirib.

Teleqraf xəbər verir ki, Aİ Şurası üçüncü ölkə vətəndaşlarının Şengen zonasına qısamüddətli səfərləri üçün vizasız gediş-gəlişin dayandırılması mexanizminin yenilənməsinə yekun təsdiqini verib", - Şuranın bəyanatında deyilir.

Qeyd edildiyi kimi, vizasız gediş-gəlişin dayandırılmasının səbəbi üçüncü ölkələrin Aİ-nin viza siyasətinin tələblərinə əməl etməməsidir.

Aİ insan hüquqlarının pozulmasında ittiham etdiyi tərəfdaş ölkənin vətəndaşlarına vizasız səyahəti qadağa edəcək.

Dəyişikliklər dekabrın 7-dən qüvvəyə minəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью