Aİ Qrenlandiyaya maliyyə yardımı göstərəcək

07.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen adaya iki günlük səfəri zamanı bildirib ki, Avropa İttifaqı (Aİ) Qrenlandiyaya “əhəmiyyətli” maliyyə dəstəyi verəcək. 

Xəbəri “Kommersant” yayıb. 

“Reuters”in məlumatına görə, planın təfərrüatları fon der Lyayenin səfərinin ikinci günündə açıqlanacaq. Əhəmiyyətli mineral hasilatı, bərpa olunan enerji və peyk rabitəsi kimi sahələrə investisiyaların müzakirə ediləcəyi gözlənilir.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl dəfələrlə bildirib ki, ABŞ Danimarkanın muxtar ərazisi olan Qrenlandiya üzərində öz nəzarətini bərqərar etmək niyyətindədir.

Buna cavab olaraq, Aİ ölkələri 2026-cı ildə Qrenlandiyadakı hərbi iştiraklarını artırıblar və Avropa Komissiyası investisiya planlarını açıqlayıb. Fransa və Norveç də daxil olmaqla bir neçə ölkə adada baş konsulluqlar açıb.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью