Aİ rəsmisi: Bu, mühüm diplomatik uğur və...

09.10.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

"Qəzzada atəşkəs planının birinci mərhələsi üzrə anlaşma böyük uğurdur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib.

Onun sözlərinə görə, hazırda savaşın tamamilə bitməsi, bölgədə sülhün təlqini real fürsət yaranlb: "Aİ bu fürsəti dəstəkləməyə hazırdır. Hazırkı yaranmış vəziyyət mühim diplomatik uğur müharibəni bitirmək, sülhü təmin etmək, o cümlədən əsir və girovların azadlığı üçün tarixi yol xəritəsidir. Aİ sazişin həyata keçirilməsi üçün əlindən gələni edəcək".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью