Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kaya Kallas: "Cəzasızlıq qəbuledilməzdir"
Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı təcavüz cinayəti ilə bağlı xüsusi tribunal üçün 10 milyon avro ayırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “X”da Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas yazıb.
"Bu gün Aİ Rusiya liderlərini Moskvanın Ukraynaya qarşı müharibəsindəki roluna görə mühakimə etmək üçün yeni xüsusi tribunal yaradılmasına 10 milyon avro ayırıb", - Kallas qeyd edib.
O Rusiya liderlərinin müharibəyə görə məsuliyyət daşıdığını və məsuliyyət daşımalı olduğunu vurğulayıb: "Cəzasızlıq qəbuledilməzdir".
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Kallas ən azı 25 dövlətin Rusiya üçün xüsusi tribunalda iştirak etmək istəyini bildirdiyini açıqlayıb.
Ötən ilin noyabr ayında “Euronews” Avropa Şurasının Ukraynaya qarşı təcavüz cinayətini mühakimə etmək üçün beynəlxalq tribunal yaratmaq təşəbbüsünün maliyyə çatışmazlığı səbəbindən təhlükə altında olduğunu bildirmişdi.
Bildirilmişdi ki, ABŞ-ın dəstəyi olmadan Avropa ölkələrinin maliyyə öhdəliklərini yerinə yetirməsi getdikcə çətinləşir və donorlar Vaşinqtonun çoxtərəfli layihələrdən çəkilməsini davam etdirəcəyindən narahatdırlar.
“Euronews” mənbələrinin məlumatına görə, xüsusi tribunal iyun ayında Avropa Şurası ilə Prezident Volodimir Zelenski arasında razılaşdırılıb, lakin ABŞ-ın Ukraynaya dəstəyinin azalması layihənin həyata keçirilməsini real risk altına qoyub.