Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri, Kaja Kallas, Brüsseldə nazirliklərarası görüşə gələn zaman açıqlama verib.
"Nazirlər bu gün Rusiyanı çirkli pulların yuyulması ilə əlaqədar olaraq qara siyahıya salmağı planlaşdırır, çünki Rusiya Ukraynada müharibə aparır və bu məsələyə hər hansı təzyiq faydalıdır", - deyə Kallas, jurnalistlərə verdiyi açıqlamada bildirib.
Bu qara siyahı, Avropa banklarına siyahıya daxil olan ölkələrlə bağlı hər hansı maliyyə əməliyyatını izləmə və əlavə nəzarət qoyma öhdəlikləri gətirir. Eyni zamanda, Aİ, bu siyahıya daxil olan ölkələrlə maliyyə əməliyyatlarına dair sərt nəzarət tətbiq etmək məqsədilə xarici dövlətlərə təzyiq göstərmək imkanı əldə edir.
Qadir, Bizimyol.info