Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AzVision.az “ERR” tele-radio şirkətinə istinadən xəbvər verir ki, Estoniya və Litvanın sərhəd xidmətləri “dron divarı” yaratmaq üçün Aİ-nin maliyyə dəstəyi üçün birgə müraciət ediblər. Layihə Rusiya ilə şərq sərhədinin monitorinqini və dronlara qarşı avadanlığın quraşdırılmasını nəzərdə tuturdu. Estoniya hökuməti bu məqsədlər üçün üç il ərzində təqribən 12 milyon avro ayırmaq niyyətində idi və əlavə vəsaitin Aİ-dən cəlb edilməsini planlaşdırırdı.
Lakin Aİ bu təşəbbüsü təsdiqləməyib. İndi Estoniya və Litva layihəni həyata keçirmək üçün müstəqil şəkildə başqa maliyyə mənbələri axtarmalı olacaqlar.
Bundan əvvəl Estoniyanın Dövlət Müdafiə İnvestisiya Mərkəzinin nümayəndəsi Mati Tikerpuu ölkənin ballistik raketlərdən qorunmaq üçün hava hücumundan müdafiə (HHM) sistemləri almaq planlarından danışıb. Onun sözlərinə görə, satınalma siyahısına “Aster” raketləri ilə Avropanın “SAMP/T” HHM sistemi, Amerikanın “Patriot” kompleksi və İsrailin “Davidin Sapandı” sistemi daxildir.
Tikerpuu qeyd edib ki, Estoniya artıq istehsalçılarla danışıqlara başlayıb. Hazırda tədarükün həcmi, vaxtı və avadanlıqların dəyəri müzakirə olunur.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Lakin Aİ bu təşəbbüsü təsdiqləməyib. İndi Estoniya və Litva layihəni həyata keçirmək üçün müstəqil şəkildə başqa maliyyə mənbələri axtarmalı olacaqlar.