Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) məlumatına görə, Aİ ölkələri iyun ayında Rusiyadan 14 faiz daha çox mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Rusiyanın LNG satışından əldə etdiyi gəlir isə gündəlik 60 milyon avroya yüksəlib.
Rus LNG-sinin əsas alıcısı Fransa olub. Bretandakı Montoir limanına iyun ayında Rusiyadan may ayı ilə müqayisədə dörd dəfə çox LNG çatdırılıb.
Bruegel araşdırma mərkəzinin məlumatına görə, Rusiya qazının Aİ-nin ümumi qaz idxalındakı payı ilin ikinci rübündə 13,4 faiz təşkil edib. Halbuki 2022-ci ildə bu göstərici 50 faizə yaxın idi.
Aİ 2027-ci ildən Rusiyadan LNG idxalını tam dayandırmağı planlaşdırır. Hazırda Avropanın qaz idxalında Norveç və ABŞ birlikdə təxminən 60 faiz paya sahibdir.
Bizimyol.info